ABŞ-da Fələstin üçün aksiya keçirildi


ABŞ-da minlərlə insan Fələstində baş verən hadisələrə görə küçələrə çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, insanların aksiyanı keçirməkdə məqsədi Fələstin xalqına dəstək göstərmək, eləcə də ABŞ və İsrail rəhbərliyinə etiraz etmək olub. 
Aksiya ABŞ Xarici İşlər Nazirliyi binası qarşısında keçirilib. Daha sonra minlərlə insan Vaşinqton küçələrində yürüş keçirib. 
Nazirliyin önündə başlayan nümayiş Ağ Evin qarşısında davam etdirilib.

DİGƏR XƏBƏRLƏR

Top