Rusiya rumıniyalı diplomatı istənməyən şəxs elan etdi


Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı hərbi attaşesinin məsləhətçisi Alin İlieskunu istənməyən şəxs elan edərək 72 saat içərisində ölkəni tərk etməsi tələb edib. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən məlumat verilib. Nazirlik bildirib ki, Rusiyanın bu addımı atmasına səbəb Rumıniyanın Buxarestdəki hərbi attaşesinin köməkçisi Aleksey Qrişayevin "persona non grata" elan edilməsi olub.
Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate də məsələyə münasibət bildirib. O, 11 mayda Rusiya XİN-ə çağırıldığını və hərbi ataşşenin məsləhətçisinin istənməyən şəxs elan olunduğunu bildirildiyini vurğulayıb. 
Qeyd edək ki, Rumıniya XİN 26 apreldə Rusiyanın Buxarestdəki hərbi ataşesi Aleksey Qrişayevi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozduğu bildirilərək persona non qrata elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top