Selçuk Bayraktar Məscidi-Əqsadan paylaşım etdi - "Instagram" və "Facebook" sildi


Selçuk Bayraktarın Məscidi-Əqsada baş verən yanğını mahnı oxuyaraq və rəqs edərək izləyən yəhudilərin videosunu paylaşaraq, fikrini bildirdirdiyi post "Instagram" və "Facebook" tərəfindən silinib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə S. Bayraktar sosial şəbəkə hesabında məlumat verib. Belə ki, o, paylaşımda İsraili faşist adlandıraraq, bombalı hücum vaxtı 16 uşağın öldürülməsini və yandıralan məscidin yəhudilər tərəfindən sevinclə qarşılanmasını qınayıb:
"İrqçi faşist dövləti
Dünyanın hansı yerində gündüz 16 uşağı bombayla qətl edib, axşam da müqəddəs məbədin yandırılmasına rəqs edilər? Bu yandırdığınız od özünüzə qayıdar. Allah Adildir və mütləq hökm sahibidir". 
Bundan sonra Bayraktar tviterdə hər iki sosial şəbəkə platformasına reaksiyasını bildirib:
''Instagram" aşağıdakı paylaşımımı "nifrət çıxışı" deyə silib. Uşaqları, mülkiləri qətl etmək, məbədləri yandıraraq izləmək və mahnı oxuyub, rəqs etmək nifrətdir, vəhşilikdir, qətliamdır. Sizin fikir azadlığı, insan haqları deyən ikiüzlülüyünüz batsın". 
Daha sonra Bayraktar "Facebook"u da qınayaraq sözügedən videonu yenidən yükləməyə çalışdığını, amma izin verilmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top