Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə olunur


Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlı hərbi poliqonunda istifadə olunur.
Yeniavaz.com
trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant Rəşad Məşədiyev deyib.
Onun sözlərinə görə, texnikalar BMP 1 piyada döyüş maşını, T72 tankı və MTLB üzərində quraşdırılan zenit qurğusudur: “Qubadlı rayon poliqonunda bölmələrin döyüş hazırlığının, eləcə də şəxsi heyətin mövcud olan döyüş texnikalarından səmərəli istifadə etmə bacarığının yüksəldilməsi üçün şərait yaradır. Təlim mərkəzində mövcud olan döyüş texnikasının müəyyən hissəsi düşməndən əldə olunan texnikalardır. Hazırda bu texnikalardan bölmələrin təlimlərində istifadə edilir”.

DİGƏR XƏBƏRLƏR

Top