Kazanda məktəbə hücum edən şəxsin görüntüsü yayıldı - VİDEO


Rusiyanın Kazan şəhərində yerləşən məktəbdə terror aktı törədən şəxsin məkətəbə girmə anının görüntüsü yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, saxlanılan 19 yaşlı İlnaz Qalyaviyevin 11 may saat 09:24 radələrində əlində ov tüfəngi ilə məktəbə tərəf getməsi kadrlarda əks olunub. Bildirilir ki, o, əsas girişdən məktəbə daxil olub və dərhal atəş açmağa başlayıb.
Qeyd edək ki, Milli Terrorla Mübarizə Komitəsi Kazandakı 175 nömrəli orta məktəbdə iki cinayətkarın olması xəbərini təkzib edib. Məlumata görə, hadisə bir nəfər tərəfindən törədilib.
Xatırladaq ki, sözügedən şəxsin məktəbə hücumu nəticəsində 13 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top