Rusiyada məktəbə silahlı hücum nəticəsində 11 nəfər ölüb - HƏSSAS GÖRÜNTÜLƏR + YENİLƏNİB


Rusiyanın Kazan şəhərində yerləşən orta məktəbdə baş verən silahlı insidentdə dünyasını dəyişənlərin sayı 13 nəfərə çatıb.
Yeniavaz.com
hadisə yerindən çəkilmiş və sosial şəbəkələrdə yayılan kadrları təqdim edir:

***12:14
Rusiyanın Kazan şəhərində yerləşən orta məktəblərin birinə silahlı hücum olunub.
Yeniavaz.com
“TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə 175 saylı orta məktəbdə baş verib. Məlumata görə, iki silahlı şəxs məktəbə daxil olaraq atəş açmağa başlayıb. Hadisə nəticəsində 9 nəfər dünyasını dəyişib, 10 nəfər isə yaralanıb. Ölənlərdən 8-nin şagird olduğu bildirilir. Məktəb binasında olan şagirdlər və müəllimlər silahlı şəxslərdən xilas olmaq üçün özlərini pəncərədən küçəyə atıblar. Hadisə yerinə 21 təcili yardım avtomobili cəlb edilib.
İlkin məlumatlara görə, silahlı şəxslərdən biri saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top