ABŞ-da 12-15 yaş arası uşaqlara koronavirus peyvəndi vurulacaq


ABŞ Qida və Dərman İdarəsi (FDA), Amerikanın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri tərəfindən hazırlanmış koronavirus peyvəndini 12-15 yaş arası uşaqlarda da istifadəsinə icazə verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə FDA rəsmisi Dr. Canet Uodkok məlumat verib. Məlumatda bildirilir ki, peyvənd ciddi nəzarətdən keçirilib və peyvəndlənmə prosesi insanları normal həyata qaytarmağa kömək edəcək. 
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) "Pfizer" və "BioNTech" peyvəndinin uşaqlarda istifadəsini təsdiq edəcəyi təqdirdə ABŞ-da vaksinin istifadəsinə başlanacaq.
Qeyd edək ki, 25 martda ABŞ əczaçılıq şirkəti "Pfizer" alman tərəfdaşı "BioNTech" ilə 6 aydan 11 yaşa qədər uşaqlarda COVID-19 peyvənd sınaqlarının da başladığını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top