Ağ Evin sözçüsü Jen Psakinin İsrail və Fələstin arasında baş verənlərlə bağlı açıqlaması müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, J.Psaki mətbuat konfransında açıqlama verərək, İsrailin fələstinlilərə qarşı hücumlarını qınamayıb və sadəcə Şərqi Qüdsdəki şiddətdən narahat olduğunu bildirib: “İsraildə davam edən şiddəti yaxından izləyirik. Son zamanlarda gördüyümüz şiddətli toqquşmalar da daxil olmaqla bölgədəki vəziyyətdən narahatıq”.
Ağ Evin sözçüsü açıqlamasına, milli təhlükəsizlik qrupunun bölgədəki hadisələri yaxından izlədiyini və İsrailin fələstinlilərin yerlərini dəyişdirmək siyasətini, Məscidi-Əqsaya basqınını qınamaqdan çəkindiyini əlavə edib.
Qeyd edək ki, J.Psakinin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.