ÜST yoluxmanın artmasından narahatdır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus koronavirus peyvəndlərinin qeyri-bərabər çatdırılmasının virusla mübarizə aparmaqda əsas problemlərdən biri olduğunu bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST rəhbəri mətbuat konfransında məlumat verib. O, dünyada yoluxmanın qəbulolunmaz dərəcədə yüksək olmasına da diqqət çəkərək bildirib ki, ötən həftə dünyada koronavirusa yoluxma halı 5, 4 milyon, ölüm halı isə 90 min olub. 
Qebreyesus dünya əhalisinin 53 faizini təşkil edən yüksək və orta inkişaf səviyyəli ölkələrin COVID-19 peyvəndlərinin 83 faizini əldə etdiyini qeyd edib. Dünya əhalisinin 47 faizini təşkil edən aşağı səviyyədə yaşayan ölkələrin isə peyvəndin yalnız 17 faizini aldığını vurğulayıb. 
O, konfransda ÜST vəqfinin "Hamı Hindistan üçün" layihəsinin başlatdığını bildirib. Layihəyə əsasən ölkə oksigen balonları, xüsusi tibbi geyimləri və dərmanla təmin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top