
ABŞ, Yaponiya və Fransa Kyuşu adasında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərin cənub-qərbdəki Kyuşu adasında Kaqoşima, Miyazaki və Naqasaki prefekturalarında 200-dən çox hərbçinin iştirakı ilə keçiriləcəyi bildirilib.
Hərbi təlimlərin mayın 17-dək davam edəcəyi vurğulanıb. Bu müddət ərzində üç ölkənin hərbi heyəti bir sıra ortaq əməliyyatlar hazırlayacaq.