İsrail Qəzzada 140 hərbi hədəfi vurduğunu açıqladı


İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Yonatan Konrisus, İsrail ordusunun Qəzzadə 140 hərbi hədəfi vurduğunu açıqlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Y. Konrisus bu həmlənin, Qəzzadan atılan 200-dən çox raketə cavab olaraq gerçəkləşdirildiyini deyib. O, Həmas və İslami Cihad qruplarının təxminən 15 əməliyyatçısının məhv edildiyini bildirib.
Qeyd edək ki, Qəzza zolağından İsrailə kütləvi raket hücumları bazar ertəsi günü axşam saatlarında başlayıb. İsrail Baş naziri Binyamin Netanyahu bazar ertəsi gecəsi "qarşıdurma bir müddət davam edə bilər" deyə xəbərdarlıq edib.
Şərqi Qüdsdə İsrailin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə toqquşmalarda yaralanan fələstinlilərin sayı isə 612-yə çatıb. Bu barədə “Əl-Qüds” agentliyi məlumat yayıb .
Xatırladaq ki, İsrail polisinin zorla əl-Əqsa məscidindəki ibadət edənləri qovması, toqquşmaların şiddətini daha da artırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top