ABŞ Oman dənizində çox sayda silah daşıyan gəmini saxladı


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Monterey” kreyserinin Oman dənizində tanınma nişanı olmayan gəmini saxlaması ilə xeyli sayda silah-sursat aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ HDQ-nin tviter səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunur ki, gəmiyə baxış vaxtı Rusiya istehsalı olan tank əleyhinə idarəolunan raketlər, Çin istehsalı olan avtomatlar, pulemyotlar, snayper tüfəngləri və qumbaraatanlar əldə edilib. Hazırda silahların hansı istiqamətə aparılması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, silahların yəmənli muzdluların istifadə üçün nəzərdə tutulduğu ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top