“Qış Parkı”nın keçidində gecələyən qadınla bağlı RƏSMİ AÇIQLAMA


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov “Qış Parkı”nın keçidlərindən birində gecələyən qadınla bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, agentlik rəsmisi, 1985-ci il təvəllüdlü Elmira (Ad şərtidir) adlı xanım barəsində məlumat əldə edilən andan Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının onun sığınacağa cəlbi üçün səfərbər olduqlarını bildirib:
“Təəssüf ki, ilk cəhdlərdə sığınacağa gəlməsi barədə təklifimizi müxtəlif şəxsi səbəblərlə geri çevirdi. Ardından Elmiranın küçədə gecələməməsi üçün növbəti cəhdimiz onun ilk mərhələdə tibbi problemlərinin həlli üçün aidiyyəti tibb müəssisəsinə göndərilməsi ilə nəticələndi:
M.Həşimovun sözlərinə görə, müalicədən sonra Elmiranın sığınacağa gəlməsi üçün çalışacaqlar:
“Qapımız hər zaman açıqdır. Orada qaldığı müddətdə isə onun digər sosial ehtiyaclarının həlli üçün çalışacaq və iş imkanlarını araşdıracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top