
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlər barədə açıqlama verib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyan Türkiyə-Ermənistan münasibətləri barədə sualları cavablandırıb. O bildirib ki, qarşılıqlı münasibətlər barədə yeni addımlar atılmalıdır:
“Əlbəttə ki, Türkiyə Ermənistanın düşmənidir, bu tarixən belə olub. Lakin bu düşmənçiliyin idarə olunacağı vaxt gəlib çatıb”.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər Qarabağ münaqişəsi səbəbilə dayandırılıb.