Külək Mingəçevirdə ciddi fəsadlar törədib


Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub.
Yeniavaz.com xəbər verir ki, şəhərin Vaqif, N.Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində ilkin hesablamalara görə külək 50-yə qədər ağac aşırıb. Mülkü və inzibati binalara, o cümlədən nəqliyyat vasitələrinə və elektrik xəttlərinə ciddi ziyan dəyib. Həmçinin təbii fəlakət kənd təsərrüfatını, meyvə və tərəvəz sahələrini yararsız hala salıb.
Fəsadların aradan qaldırılması üçün səhər saatlarından etibarən müvafiq tədbirlərin görülməsinə başlanıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top