Mingəçevirdə Heydər Əliyevin il dönümü ilə bağlı tədbirlər keçirilib - FOTO


Mingəçevirdə Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə bağlı onlayn formatda silsilə tədbirlər həyata keçirilib.
Bu gün ulu öndərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq şəhər mərkəzindəki abidəsini ziyarət etmək üçün şəhərin hüquq mühafizə orqanları, İcra hakimiyyəti, YAP şəhər təşkilatı, ictimayyət nümayəndələri və RİİB gəncləri öndərin adını daşıyan mərkəzin qarşısındakı heykəli önünə tər çiçəklər qoyublar. Daha sonra mərkəzdə ulu öndərin 98-ci il dönümü ilə bağlı keçirilən onlayn tədbirlərdə qalib olmuş məktəbli şagirdlər, idmançılar və MDU, Turizm Kollecinin tələbələrinin mükafatlandırma mərasimi keçirilib. Mükafat alanları icra başçısı təbrik edib onlara fəxri fərmanlar və hədiyyələr təqdim edib.
Daha sonra şəhərin Nizami parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada çıxış edən icra başçısı İlham İsmayılov bildirib ki, Nizami parkının ərazisi genişləndirilərək parkda bu ilin sonuna kimi Nizaminin büstü də qoyulacaq.
Qeyd edək ki, bu gün parkın ərazisinə 400-ə yaxın qaraağac, akasiya və görüş ağacları əkilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top