
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın avtomobil karvanı qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı müşayiət edən avtomobilin iştirakı ilə İrəvanda Mərkəzi Bank yaxınlığında qəza baş verib. Mercedes və Nissan avtomobillərinin toqquşmaları nəticəsində pizza daşıyan kuryer və mersedesin sürücüsü yaralanıb.
Hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib.
Qəzanın səbəbləri araşdırılır.

