
Vətən müharibəsində itkin düşən hərbçilərin axtarışı zamanı yüzlərlə minaların quraşdırıldığı ərazi aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə kadrlar yayılıb.
Sözügedən kadrları təqdim edirik:
***12:05
İşğaldan azad olunmuş ərazilərimizdə qarların əriməsi nəticəsində ermənilərin kortəbii şəkildə basdırdıqları minalar da ortaya çıxır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb və sözügedən minaların fotosunu paylaşıb:
"Qarabağda qar əriyir və hərbçilərimizin qarşısına belə dəhşətli mina tarlaları çıxır. Bu, itkin düşmüş əsgərlərin axtarışını əngəlləyən ciddi amildir".

Qeyd edək ki, Azərbaycan tərəfindən bütün beynəlxalq təşkilatlara müraciətlər olunmasına baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini gizlədir. Separatçıların kortəbii şəkildə basdırdıqları minalar mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.