Əfqanıstandakı partlayışda ölən və yaralananların sayı artıb - YENİLƏNİB


Əfqanıstanda baş verən partlayış nəticəsində ölənlərin sayı 11, yaralananların sayı isə 28-ə çatıb.
Yeniavaz.com xarici  KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında uşaqların da olduğu bildirilib. Hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi dəqiq bilinməsə də, Əfqanıstan Daxili İşlər Nazirliyi hadisədən Talibanı günahkar bilib.
***11:55
Əfqanıstanın iki müxətlif yerində partlayış baş verib.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, Əfqanıstanın Parvan əyalətinin şərqində avtobusda baş vermiş partlayışda ən azı iki nəfər ölüb, 9 nəfər yaralanıb. Bu hadisədən az sonra Əfqanıstanın Farah şəhərində yerləşən hərbi bazada növbəti partlayış qeydə alınıb.
Qeyd edək ki, hadisə Əfqanıstan Xarici İşlər nazirliyi tərəfindən məlumat təsdiqlənib. Yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top