Navalnının meşədə itən həkimi tapıldı - YENİLƏNİB


Omsk bölgəsinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Muraxovskinin Pospelovo kəndindən 32 kilometr məsafədə meşədən tapldığı bildirilib. Omsk təcili yardım xidmətindən verilən məlumata görə, nazirin səhhəti yaxşıdır, hazırda xəstəxanada müayinə olunur.
Qeyd edək ki, Aleksandr Muraxovskinin 7 may saat 16:00 radələrində Sibirin cənubundakı Bolşeukovski bölgəsindəki meşəlik ərazidə ov edərkən itdiyi açıqlanmışdı.

***11:35

Rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsindən sonra ilk müalicəni həyata keçirən Omsk Xəstəxanasının baş həkimi Aleksandr Muraxovsk itib.
Yeniavaz.com
“rbc.ru”ya istinadla xəbər verir ki, keçən oktyabr ayında Omsk vilayətinin səhiyyə müdiri vəzifəsinə təyin olunan Muraxovskun, 7 may saat 16:00 radələrində Sibirin cənubundakı Bolşeukovski bölgəsindəki meşəlik ərazidə ov edərkən itdiyi açıqlanıb. Rusiya polisinin verdiyi məlumata görə, ərazi pilotsuz təyyarələr və xüsusi vasitələrlə axtarılır. 
Qeyd edək ki, bundan əvvəl Navalınını müalicə edən iki həkim müəmmalı şəkildə dünyalarını dəyişmişdi. Onlardan biri Navalnının müalicə aldığı təcili yardım xəstəxanasının baş həkiminin müavini Sergey Maksimişin (rəsmi ölüm səbəbi infarkt) digəri isə həmin xəstəxanasının travmatologiya və ortopediya şöbəsinin müdiri Rüstəm Aqışevdir (rəsmi ölüm səbəbi insult). 
Xatırladaq ki, avqustun 20-də Rusiyanın Tomsk şəhərindən Moskvaya uçan təyyarəyədə Aleksey Navalnının halı qəfil pisləşmişdi. Təyyarə təcili eniş etmiş və Navalnı Omsk şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Orada bir müddət müayinə edildikdən sonra Almaniyaya aparılmış və zəhərləndiyi bildirilmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top