Azərbaycanlı futbolçu Çexiyada 2 qol vurdu

Azərbaycanlı futbolçu Çexiyada 2 qol vurdu
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb. Komanda doğma meydanda “Vlasim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib.
Bu nəticədən sonra 36 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

 

DİGƏR XƏBƏRLƏR

Top