Ruslar Xankəndində parad keçirmədilər, əvəzində...


Bu gün Qarabağdakı Rusiya sülhməramlı kontingentinin 450-dən çox hərbçisinin iştirakı ilə Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunan  təntənəli iclas keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirdə Rusiya müdafiə naziri generalı Sergey Şoyqunun Qarabağdakı Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinə ünvanladığı video təbrik göstərilib. İclas zamanı Qarabağdakı Rusiya kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov hərbçilərə təbrik nitqi söyləyib.
Sonra iştirak edənlərin hamısı Böyük Vətən müharibəsi cəbhələrində həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclas zamanı 20 hərbçi Rusiya Federasiyası Müdafiə Nazirliyinin medalları və rəsmi vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə fəxri fərmanlarla təltif ediliblər.

DİGƏR XƏBƏRLƏR

Top