Milli Aviasiya Akademiyasının Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsinin rəisi Arif Ramazanzadə vəfat edib.
O, 2000-ci ildən adıçəkilən şöbənin rəisi vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Arif Ramazanzadə 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Fizika ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-nın Fizika institutunda başlayıb. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.
Qeyd edək ki, A.Ramazanzadə tanınmış alim Malik Ramazanzadənin oğludur. O, atasının yolu ilə gedərək fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosent olub.
Allah rəhmət eləsin!
Arif Ramazanzadə