Bakıda sürücü 6 yaşlı uşağı vuraraq hadisə yerindən qaçdı


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda qeydə alınıb. Yolu keçən 2015-ci il təvəllüdlü Məmmədov Lətif Əsgər oğlunu avtomobil vuraraq hadisə yerindən yayınıb. Hadisə zamanı 6 yaşlı uşaq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub. 
Hadisəni törədən sürücünün kimliyi polis tərəfindən araşdırılır.  (bakupost.az)

DİGƏR XƏBƏRLƏR

Top