Nəzarətdən çıxan 21 tonluq raket Yerə düşdü – VİDEO


Xəbər verdiyimiz kimi, Çinin kosmosa göndərdiyi "Long March 5b" adlanan 21 tonluq raket idarəetmədən çıxıb.
Yeniavaz.com RİA-Novosti-yə istinasən bildirir ki, "Long March 5b" adlanan raket atmosferdə parçalanıb və qalıqlarından biri bu gün - 9 may tarixində Çin vaxt ilə saat 10: 24-də (Bakı vaxtı ilə 06: 24-də) Hind okeanına düşüb.
Qeyd edək ki, daha əvvəl Avropa Kosmik Agentliyi 21 tonluq raketin qalıqlarının 41-ci şimal və cənub en dairəsi (Coğrafi enlik və ya en dairəsi – Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin Ekvatora açıldığı məsafə) aralığında yerləşən ərazilərə düşə biləcəyini bəyan edib.
Xatırladaq ki, Çin “Long March 5b” adlanan 21 tonluq raketi aprel ayının 29-da kosmosa göndərib.


 

DİGƏR XƏBƏRLƏR

Top