Bu görüntülər Fransanı qarışdırdı – Hərbçini dirəyə bağlayıb qırıcı təyyarə ilə...- VİDEO


Fransada Hərbi Hava Qüvvələrində əsgərə verilən işgəncə görüntüləri ortaya çıxıb.
Yeniavaz.com
“laprovence.com”a istinadla xəbər verir ki, Fransada Hərbi Hava Qüvvələrinin hərbçilərinin bir əsgərə işgəncə verdikləri məlum olub. Belə ki, əsgər poliqonda möhkəm şəkildə dirəyə bağlanıb, başına torba keçirilib. Daha sonra qırıcı təyyarə ilə həmin “hədəf”in ətrafına atəş açılıb. Təxminən 20 dəyqə ərzində əsgər yanına düşən mərmilərin təhlükəsini hiss etməyə məcbur edilib. Fransalı rəsmilər bildirir ki, hadisə 2019-cu ildə baş versə də indi ortaya çıxır. Faktla bağlı cinayət işi açılıb. Adı çəkilməyən əsgər dindirilib. Onun uzun müddətdir hadisənin təsirindən çıxa bilmədiyi, travma aldığı vurğulanıb. Baş verən hadisədə iştirak edən bütün hərbçilərin cəzalandırıldığı bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top