Direktorların işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlandı


"Direktorların işə qəbulu üzrə müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır".

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, yeni tədris ilinə kimi prosesin yekunlaşdırılması nəzərdə tutulub.

Nazir qeyd edib ki, yay ayları ərzində sertifakatlaşdırmanın aparılması planlaşdırılmır: “Sertifakatlaşdırmanın bu il ərzində hansısa qrup üzrə keçirilməsinə ümid edirik. Bu, ilin sonuna qədər, yəni payız aylarında mümkün ola bilər. Pandemiya ilə əlaqəli bu işi yaxın aylarda keçirə bilmərik. Sertifaksiya Azərbaycanda müəllimlərin peşə hazırlığı keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edəcək. Sınaq imtahanlarının keçirilməsi də planlaşdırılır”.

DİGƏR XƏBƏRLƏR

Top