Vətən müharibəsi nəticəsində itkin sayılan hərbçi sayı 19-dur - MN


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 19 hərbi qulluqçunun tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

MN-dən Yeniavaz.com-a verilən məlumata görə, itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, MN Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan mayın 8-dək dəfn edilən 2895 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top