Mingəçevirdə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı videokonfrans keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri videokonfransı olub.
Yeniavaz.com
xəbər verir ki, ayın 8-də Mingəçevir şəhər İcra Hakimiyyətində YAP şəhər təşkilatı ilə birgə video formatda elmi-nəzəri konfrans keçirilmişdir. Elmi-nəzəri konfransı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd etgdi ki, may ayının 10-u müasir Azərbaycan dövlətinin formalaşdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür.
Əvvəllcə  Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonar icra başçısı qeyd edib ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyevin rəhbərliyi və  bilavasitə  təşkilatçılığı ilə ölkəmizdə geniş tikinti, quruculuq işləri həyata keçirilərək  Azərbaycan inkişaf etmiş bir respublikaya çevrilmişdir: "1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf və tərəqqi dövrü müqayisəyəgəlməz rəqəmlərlə xarakterizə edilir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Müstəqil dövlət quruculuğu prosesi başlandı, Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bir sözlə Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi və əbədiləşdirildi.
Bu gün hamımız üçün sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və cəsarətlə davam etdirilir.
Onun şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir. Ümidlə deyə bilərəm ki, bu gündən sonra da Heydər Əliyev ideyaları daimi yaşayacaq və yeni-yeni zəfərlər qazanacaqdır.
Bu il koronavirus pandemiyası ilə əlaqədar şəhərimizdə geniş kütləvi tədbirlər həyata keçirə bilmədik. Ancaq bu gün YAP Şəhər Təşkilatı  ilə qərarlaşdıraraq belə bir videokonfrans  keçiririk. Ulu öndərin anadan olmasının 98-ci illiyinə həsr edilmiş videokonfransın adı “Heydər Əliyev – Azərbaycan tarixində adı əbədiləşən tarixi şəxsiyyət”.
Qeyd edək ki,konfransın proqramına uyğun olaraq çıxışlar dinlənilib.
“Ümummilli lider Heydər Əliyevin  şərəfli  həyat yolu vətənə  xidmətin nümunəsidir” mövzusunda YAP Mingəçevir şəhər Təşkilatının sədri Cavanşir Yusubov, “Ulu öndər Heydər Əliyev – müstəqil dövlətçiliyin banisidir” mövzusunda Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Zamik Cəbiyev, “Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişafının əsasıdır” mövzusunda  Mingəçevir Dövlət Universitetin baş müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova, “Ölkə Prezidenti İlham Əliyevin zəfər yolu Heydər Əliyev ideyalarına sədaqətin nümunəsidir.” mövzusunda YAP şəhər təşkilatının Şura üzvü Ruhiyyə Hüseynova çıxış etdilər.
Konfransın işinə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, bu gün biz müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında mühüm xidmətləri olan Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən çıxışlarla tanış olduq. Çıxış edənlər Ulu öndərin bir şəxsiyyət kimi fəaliyyətindən, onun Azərbaycan dövləti və xalqı qarşısında geniş xidmətlərindən, bu gün əldə etdiyimiz uğurlarda onun rolundan  bəhs etdilər. Buna görə icazə verin hamımızın adından çıxış edənlərə dərin minnətdarlıq və təşəkkürümüzü bildirək.
Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan  bu gün onun  xəttinin qətiyyətli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Birmənalı şəkildə qeyd edirik  ki, bu gün ölkəmizin əldə etdiyi  bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi  siyasi xətt  təşkil edir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günü-gündən artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları, məhz bu inamın və  etimadın, Ulu  öndər Heydər Əliyevin ideyalarının reallaşmasının nəticələridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi altında  ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. İşğal olunmuş ərazilərdə bərpa işlərinə start verilmişdir. 
Bütün sahələrdə qazandığımız bu uğurlar Heydər Əliyev ideyalarının düzgünlüyünü, əbədiyaşarlılığını və qalibiyyətliliyini göstərir.
- Yaşasın Heydər Əliyev ideyaları!
- Yaşasın Heydər Əliyev ideyalarının uğurlu davamçısı ölkə prezidenti cənab İlham Əliyev!

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top