
Türkiyənin İstanbul şəhərində dünyasını dəyişən 25 yaşlı ictimai fəal Bayram Məmmədovun nəşi bu gün Azərbaycana gətiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bayram Məmmədovun mayın 9-da Bakıda dəfn olunacağı bildirilib.
Qeyd edək ki, Türkiyənin “Sabah” qəzeti ictimai fəalın mayın 2-də dənizə düşən başmaqlarını götürmək üçün suya enən zaman boğulduğunu yazmışdı. Məlumatda, Bayram Məmmədovun üzə bilmədiyi, cəsədinin isə Haydarpaşa ərazisində tapıldığı qeyd olunub.