"Şuşanı ayaqyalın tərk edənlərin övladları, başqa bir paltarda qayıtdılar..." – FOTOLAR


“Şuşa döyüşü gələcəkdə bütün hərbi akademiyalarda öyrədiləcəkdir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati özünün sosial şəbəkələrdəki səhifələrində yazıb. O, Şuşanın işğalı və azad olunması zamanı çəkdiyi fotoları paylaşaraq öz təəssüratlarını bölüşüb:
“Şuşa 1992- 2020
1992-ci ilin aprelində şəhər erməni qüvvələri tərəfindən mühasirəyə alındı, mən son fotomüxbir idim və ayrılmaq üçün ensiz dağ yolundan keçməli oldum. Azərbaycanda nizami ordunun əsgərləri az idi və şəhəri əsasən könüllülər müdafiə edirdi. Mayın 8-də şəhər erməni qüvvələrinin əlinə keçdi və bir çox insan öldürüldü. Qalan əhali tələsik qaçmağa məcbur oldu. Bütün Qarabağdakı erməni hücumları bir milyondan çox qaçqın yaratdı, 30 min nəfər öldü və daha çoxu yaralandı. 28 ildən sonra, 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı geri qayıtdım. Dağda ayaqyalın qaçmaq məcburiyyətində qalan insanların övladları, indi başqa bir paltarda qayıtdılar. Onlar sadəcə valideynlərinə qovuşmaq arzusu ilə böyüyüyblər. Şuşa döyüşü gələcəkdə bütün hərbi akademiyalarda öyrədiləcəkdir”.

R. Deqati Şuşanın azad olunmasında iştirak etmiş Azərbaycan əsgərlərindən bir neçəsinin fotolarını da paylaşıb.







DİGƏR XƏBƏRLƏR

Top