ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi bazasına pilotsuz təyyarə hücumu olub


Cümə günündən şənbə gününə keçən gecə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinin istifadə etdiyi İraqdakı Ayn Əsəd hərbi bazasına hücum olub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə koordinasiya sözçüsü Polkovnik Ueyn Marotto məlumat verib. O bildirib ki, anqar(Təyyarələrin saxlanması və cari təmiri üçün xüsusi tikili) zədələnib, itki yoxdur:
“Bu səhər saat 02:20-də Ayn Əsəd bazası insansız hava nəzarət sistemi tərəfindən hücuma məruz qalıb. İtki yoxdur. Anqara ziyan dəydi”.
Polkovnik hücumla bağlı istintaqın aparıldığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top