21 tonluq raketin qalıqları Azərbaycana da düşə bilər – Rəsmi AÇIQLAMA + FOTOLAR


Xəbər verdiyimiz kimi, Çinin kosmosa göndərdiyi "Long March 5b" adlanan 21 tonluq raket idarəetmədən çıxıb və qalıqlarının Yer kürəsinə düşə biləcəyi, həmçinin çox sayda insanın ölümünə səbəb ola biləcəyi barədə beynəlxalq qurumlar tərəfindən xəbərdarlıq edilib.
Yeniavaz.com
“BBC”ə istinadla xəbər verir ki, raketin qalıqlarının Yer kürəsində düşəbiləcəyi ərazilər açıqlanıb. Belə ki, Avropa Kosmik Agentliyi 21 tonluq raketin qalıqlarının 41-ci şimal və cənub en dairəsi (Coğrafi enlik və ya en dairəsi – Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin Ekvatora açıldığı məsafə) aralığında yerləşən ərazilərə düşə biləcəyini bəyan edib.

Qeyd edək ki, Azərbaycan 44 və 52 dərəcə şərq uzunluq dairəsi, 38 və 42 dərəcə şimal en dairəsi coğrafi koordinatları arasında yerləşir. Bu isə o deməkdir ki, sözügedən raketin qalıqlarının düşəbiləcəyi ərazilər arasında Azərbaycan da var.
Xatırladaq ki, Çin“Long March 5b” adlanan 21 tonluq raketi aprel ayının 29-da kosmosa göndərib. Mütəxəssislərin sözlərinə görə, idarəetmədən çıxan raketin böyük hissələri yaşayış yerlərinə düşsə çox sayda insan ölə bilər.

DİGƏR XƏBƏRLƏR

Top