Əsgər intihar etdi - General hadisə yerinə getdi


Zaqatalada hərbi hissədə intihar olub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə, onun müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top