Mədəniyyət Nazirliyindən Qazançı kilsəsinin bərpası ilə bağlı - AÇIQLAMA


“İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən, Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir”.

Yeniavaz.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpa olunmasından danışarkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir:

“Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top