Əli Əsədovdan Kənd Təsərrüfatı Nazirliyinin strukturu ilə bağlı QƏRAR


Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturu təkmilləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Qərarda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək, onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub.
Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən, Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top