Bu il dünyasını dəyişən məşhurların SİYAHISI


Son günlər ard-arda bir sıra tanınmış şəxsin vəfatı hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biridir.
Yeniavaz.com xəbər verir ki, 2021-ci ilin əvvəlindən bugünədək Azərbaycanda xeyli sayda məşhur müxtəlif xəstəliklərdən dünyasını dəyişib.
Bu il dünyasını dəyişən məşhurların siyahısını təqdim edirik.
4 yanvar – Azərbaycan Kooperasiya Universitetinin professor Fərhad Teymurov  (83 yaşında)
4 yanvar – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Nailə Mirməmmədli (59 yaşında)
5 yanvar – siyasi ekspert, politoloq, filologiya üzrə fəlsəfə doktoru, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini Elxan Ələsgərov (65 yaşında)
18 yanvar – publisist, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mehriban Xaliq (69 yaşında)
27 yanvar – aktyor, rejissor dublyajist, Əməkdar Mədəniyyət işçisi Arif Həbibi (77 yaşında)
20 fevral – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eldar İsmayıl (78 yaşında)
22 fevral – müğənni, Azərbaycan Respublikası Xalq Artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadə (74 yaşında)
4 aprel – “İRS” folklor ansamblının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev (80 yaşında) 
5 aprel – gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) (76 yaşında)
7 aprel – tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti Fərid Ələkbərli (57 yaşında)
11 aprel – “Neftçi” klubunun sabiq futbolçusu Füzuli Cavadov (70 yaşında)
16 aprel – Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti, professor Eldar Quliyev (80 yaşında)
21 aprel – Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev (73 yaşında)
26 aprel – müğənni Baloğlan Əşrəfov (69 yaşında)
30 aprel – Gənclər və idman naziri Azad Rəhimov (56 yaşında)
2 may – gənc fəal Bayram Məmmədov (26 yaşında)
4 may – müğənni Aslan Hüseynov (53 yaşında)
5 may – şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının Xalq şairi Fikrət Qoca (85 yaşında)
7 may – aktyor Arif Quliyev (70 yaşında)
7 may – şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin sabiq deputatı, Xalq şairi Musa Yaqub (83 yaşında)

DİGƏR XƏBƏRLƏR

Top