Təcili yardım gecikdi, Azərbaycan çempionatının oyunu 1 saat gec başladı


Birinci divizionda hazırda davam edən MOİK – “Sumqayıt” matçı 16:00-da başlamalı olsa da, qarşılaşma 1 saat gec start götürüb.

Buna səbəb isə oyuna Təcili Tibbi Yardım maşınının gec gəlməsidir.
Yeniavaz.com xəbər verir ki, məlumatı qafqazinfo-ya açıqlamasında Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov da təsdiqləyib. O bildirib ki, nadir hallarda da olsa, bu cür vəziyyətlə üzləşirlər: “Matçlardan 2 saat öncə xidməti iclas keçirilir. Burda əvvəllər Təcili Tibbi Yardım xidmətinin nümayəndəsi də iştirak edirdi. Amma biz ölkədəki pandemiya vəziyyətini nəzərə alıb onların iştirakını 1 saat əvvələ qədər çəkmişik. Məsələn, matç 15:00-da olacaqsa, nümayəndə 14:00-da gəlir. Lakin bəzi hallarda gecikmələr də olur, amma nadir hallarda bu baş verir. Bu gün də belə bir hal baş verib. PFL olaraq dərhal nəzarətə götürdük və 16:30-da artıq Təcili Tibbi Yardım maşını burda idi. Sadəcə biz futbolçuların isinmə hərəkətlərinə ehtiyacı olduğunu və matçöncəsi bəzi tərbirləri nəzərə alaraq, 17:00-da başladıq. İstənilən halda məsələ AFFA nümayəndəsinin raportunda qeyd olunacaq və AFFA İntizam Komitəsi lazımi ölçü götürəcək. PFL də meydan sahibi komandaya bildirəcək ki, belə hallar təkrarlanmasın”.

DİGƏR XƏBƏRLƏR

Top