Rus generallar Njdenin Xocavənddəki heykəlinin sökülməsini tələb edir – Erməni KİV


Qarabağdakı separatçıların “təhlükəsizlik şurası”nın “katibi” Vitali Balasanyan Qaregin Njdenin Xocavənddə qoyulan heykəlinin sökülməsi ilə bağlı təklifi Ermənistanı qarışdırdı.
Yeniavaz.com
xəbər verir ki, “pastinfo.am” bununla bağlı xəbər yayıb. Bildirilib ki, bu barədə Balasanyana rus generallar göstəriş verib: “Bəzi rus generalları deyib ki, heykəli götürün. Amma heç kim rus generallarının nə üçün belə bir şey istədiyini soruşmur. Əgər belə bir şey varsa səbəbi müzakirə edilməlidir”.
Verilən məlumatlarda bildirilir ki, rus generallar heykəlin Xocavənddə qalmasının gələcəkdə bir çox ciddi problemlərə yol açacağını deyib.
Qeyd edək ki, xəbərdə Njdenin heykəlinin sökülməsi ilə bağlı göstərişin Balasanyana hansı rus generallar tərəfindən verildiyi açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top