DİN bu gün aksiya keçirənlərlə bağlı məlumat yaydı


Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

"Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top