
“F-35 qırıcı təyyarələrinin istehsalı ilə bağlı layihəyə yenidən qatılmaq üçün ABŞ-la danışıqlar bərpa edilir”.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir məlumat verib: “Heç bir ölkənin birtərəfli qaydada F-35 proqramından kənarlaşdırıla bilməyəcəyini söylədik. ABŞ-dan gələn son məktub da haqlı olduğumuzu təsdiqlədi”.
Qeyd edək ki, ABŞ Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını əsas gətirərək F-35 qırıcılarının istehsalı layihəsindən rəsmi şəkildə kənarlaşdırılmışdı.