Türkiyədə COVID-19-a yoluxma halı yenidən artdı


Son 1 sutkada Türkiyədə ötən günə nisbətən koronavirusdan ölənlərin sayında eniş qeydə alınsa da, yoluxanların sayında yenidən artım müşahidə olunub.
Yeniavaz.com “worldometers”ə istinadən xəbər verir ki, son sutkada Türkiyədə 22 min 388 nəfər koronavirusa yoluxub, 304 nəfər isə dünyasını dəyişib. Ümumilikdə isə Türkiyədə yoluxanların sayı 4 milyon 977 min 982 nəfər olub. Ölənlərin sayı 42 min 187 nəfər, sağalanların sayı isə 4 milyon 626 min 799 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top