Mafiya başçısı yenidən Mübariz Mənsimovdan danışdı – "Həbsxanada sənə cakkuzi hazırlatmadımı?..."


Türkiyəli mafiya başçısı Sedat Peker “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimov barədə növbəti dəfə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Peker “youtube” vasitəsilə yaydığı videoda Mübariz Mənsimovun həbs edilməsi barədə danışıb. O bildirib ki, bu prosesdə Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar yaxından iştirak edib:
“Sən saxlanılanda həbsxana boşaldılmadımı? Kamerada mühafizə polisləri səninlə birlikdə yatmadımı? Mübariz Mənsimov sənin üçün orada cakkuzi hazırlatmadımı? Orada yatırsan deyə helikopter eniş zolağı tikilmədimi? Sən orada özünü rahat hiss et deyə Türkiyənin böyük iş adamlarını Mübariz helikopterlə ora gətirmədimi? Sən isə Mübarizi həbs etdirib mallarını əlindən aldın”.
Qeyd edək ki, Peker bir neçə gün əvvəl yayımladığı videoda da Mübariz Mənsimovdan danışmışdı. O, “Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi. Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin. Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz” - deyə bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top