DSMF-nin 1-ci mərtəbəsində yerləşən holun təmirinə 309 min manat xərclənəcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Avalon-12” MMC olub.
“Avalon-12” MMC DSMF Aparatının inzibati binasının 1-ci mərtəbəsində yerləşən holun əsaslı təmir işlərinin satınalması üçün nazirlikdən 309 min 180 manat 81 qəpik vəsait alacaq.
Qeyd edək ki, “Avalon-12” MMC 11.02.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mirzəyev Fariz Dədəş oğlu olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Biləcəri ŞTQ, Rəşid İsmayılov, ev 100 -də yerləşir. Nizamnamə kapitalı isə cəmi 2010 manat təşkil edir.
Məlumat üçün bildirək ki, “Avalon-12” MMC bugünə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən onlarla tenderin qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top