Ramiz Mehdiyev Zaur Nəhmətovu yüksək vəzifəyə təyin etdi – SƏRƏNCAM

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) yeni vəzifə təyinatı olub.

Yeniavaz.com xəbər verir ki, YTP-dən APA-ya verilən məlumata görə, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur Nəhmətov YTP-nin icraçı direktoru təyin olunub.

Zaur Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top