
Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusa qarşı öz peyvəndlərini hazırladıqlarını bildirib.
Yeniavaz.com “lenta.ru”ya istinadla xəbər verir ki, Lukaşenko COVİD-19-a qarşı peyvəndin sınaqlarının artıq başladığını deyib.
Qeyd edək ki, Belarusda hazırda Rusiya istehsalı “Sputnik V” peyvəndindən istifadə olunur. Rusiya ilə qarşılıqlı razılıq əsasında Belarus həmçinin o peyvəndin istehsalı ilə də məşğuldur.