Hindistanda son 1 gündə 4 minə yaxın insan koronavirusdan öldü


Son 24 saatda Hindistanda koronavirusa gündəlik yoluxma sayında rekord göstərici qeydə alınıb.
Yeniavaz.com “worldometers”ə istinadən xəbər verir ki, ötən gün Hindistanda 414 min 188 nəfər koronavirusa yoluxub, 3915 nəfər isə həmin xəstəlikdən ölüb.
Ümumilikdə isə Hindistanda koronavirusa yoluxma halı 21 milyon 491 min 598, ölüm sayı isə 234 min 83 nəfərə çatıb. Hazırda Hindistanda 3 milyon 645 min 164 nəfər müalicə alır, onlardan  8 min 944 nəfərin vəziyyəti ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top