Türklər bu şəxslərə görə özlərini xoşbəxt hesab edirlər? – MARAQLI ARAŞDIRMA


Türkiyə Statistika İdarəsi hər il vətəndaşlar arasında “Sizin xoşbəxt olmanıza səbəb olan insan kimdir?” sualı ilə ənənəvi sorğu keçirir.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, qurum keçirdiyi növbəti sorğunun nəticələrini açıqlayıb.
Açıqlanan məlumata görə Türkiyə vətəndaşlarının 15%-i belə hesab edir ki, onların xoşbəxt olmasının səbəbi övladlarıdır. Bu göstərici kişilər və qadınlar arasında fərqli olub. Kişilərin 9,2%, qadınlar isə 20,7% övladlarını xoşbəxtliklərinin səbəbi kimi göstəriblər.
Türk kişilərin 3,5%-i xoşbəxtliyinin səbəbi kimi həyat yoldaşını, 4,2%-i valideyinlərini, 3,9%-i özünü, 2%-i isə nəvələrini göstərib.
Türk qadınların isə  3,5%-i xoşbəxtliyinin səbəbi kimi həyat yoldaşını, 2,9%-i valideyinlərini, 4,5%-i özünü, 2,3%-i isə nəvələrini göstərib.
Sorğu ilə bağlı maraqlı məqamlardan biri odur ki, həyat yoldaşını xoşbəxtlik səbəbi kimi görənlərin sayı son illərdə kəskin azalıb. 2012-ci ildə keçirilən sorğuda türk kişilərin 5,9%, türk qadınların isə 8,1%-i xoşbəxt olmalarının səbəbini həyat yoldaşları ilə əlaqələndirib. Sonrakı illərdə isə bu göstərici davamlı olaraq azalıb.
“Xoşbəxtliyimin səbəbi özüməm” deyənlərin sayı isə artıb. 2012-ci ildə keçirilən sorğuda türk kişilərin 2,8%, türk qadınların isə 1,7%-i xoşbəxt olmalarının səbəbini özləri ilə əlaqələndirib.

DİGƏR XƏBƏRLƏR

Top