Türkiyə DİN İmamoğlunun türbədəki hərəkəti barədə açıqlama yaydı


İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamğolunun ötən il Fatih Sultan Mehmet türbəsində əllərini arxada çarpazlayaraq gəzməsi yenidən Türkiyə mətbuatının gündəmindədir.

Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən məsələyə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz münasibətini bildirib. O, İmamoğlunun hərəkətində hörmətsizlik əlaməti görsə də, ona qarşı istintaq başladılmasına izin verməyəcəyini vurğulayıb.
Bundan savayı İmamoğlunun bu görüntüsünü prezident administrasiyasına şikayət edən şəxs də öz kimliyini açıqlayıb. Sözügedən şəxs Türkiyənin Tokatspor futbol komandasının başçısı Ufuk Akçekayadır.
Qeyd edək ki, bir neçə gün əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğluna qarşı araşdırma başladılmışdı. Buna səbəb ötən il İstanbulun fəthinin 567-ci ildönümü günü Fatih Sultan Mehmet türbəsini ziyarət edərkən əllərini arxada bağlayaraq gəzməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top