Çin XİN idarəetmədən çıxan raketlə bağlı açıqlama yaydı – "Böyük bir hissəsi…"


Çin Xarici İşlər Nazirliyi kosmosa göndərdiyi ancaq, idarəetmədən çıxan “Long March 5b” raketi ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Venbin nəzarətdən çıxan raketin dünyada dağıntılara səbəb olmayacağını bildirib:
“Raket atmosferə yenidən daxil olanda böyük bir hissəsi yanıb məhv olacaq. Bizdə olan məlumata görə, raket o şəkildə istehsal edilib. Bu səbəblə Yer kürəsində hər hansı zərərə səbəb olacağını düşünmürük. Bu ehtimal olduqca azdır”.
Xatırladaq ki, Çinin kosmosa göndərdiyi 21 tonluq raket idarəetmədən çıxaraq Yer kürəsinə doğru hərəkətə başlayıb, mayın 10-na qədər yerə düşəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top